Topaz Premyer Liqasının XXXV turunun “Bakı” - AZAL (1:0) oyunundan sonra məşqçilər fikirlərini bildirib:
David Qarsiya (“Bakı”nın məşqçisi): “Əsas hədəfimiz qələbə qazanmaq idi. Çoxlu qol imkanları yaratdıq. Oyun boyu üstün tərəf idik və yekunda qələbə qazandıq. Gənc futbolçulara özünü göstərmək şansı verdik. Oyunu 5 gənc futbolçu ilə yekunlaşdırdıq. Bir neçə heç-heçədən sonra “Qəbələ” ilə oyunda məğlub olmuşduq. Bu gün isə toparlanıb AZAL-ı məğlub edə bildik. Qarşıda son turun oyunu var, bütün fikrimizi bu oyuna yönəldəcəyik”.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Üç məğlubiyyət və dörd heç-heçədən sonra bugünkü oyunda qələbə qazanmaq istəyirdik. Oyunun əvvəlində komandada həyəcan hiss olunurdu, lakin tədricən öz oyunumuzu tutduq. Hücumda istədiyimiz oyunu göstərə bilmədik. Kərim Diniyevin olmaması yarımmüdafiədə bizə müəyyən problemlər yaratdı. Lakin onu əvəz edən Aydın Qasımovun oyunu xoş təəssürat bağışladı. Sevindirici haldır ki, komandamızda bu cür gənc futbolçular yetişir. Komanda sona kimi mübarizə apardı. Heç-heçəni oyuna görə ədalətli nəticə sayıram. Bizdə hərdən feyr-play qaydaları işləmir, bunu normal qarşılayıram. Meydançadakı oyuna müdaxilə etməyə ixtiyarımız yoxdur, meydanda hakim var. Hər halda qol epizodunda əl ilə oyun var idi. Cərimə meydançasında rəqib əl ilə oynayırsa və 6 hakim bunu görmürsə, o qədər hakimin orada olmağının nə mənası var? 4 hakim də bəs edərdi”.
Fanat.az