"Bakıda küçəyə "şortik"də çıxmaq olmazdı"

"Bakıda küçəyə "şortik"də çıxmaq olmazdı"

"Bakıda küçəyə "şortik"də çıxmaq olmazdı. Çünki belə bir adət var ki, hətta hava isti olanda belə, kişi öz ayaqlarını ictimai yerlərdə göstərməməlidi". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-ın sabiq üzvü Artyom Vaskov deyib.

Belaruslu futbolçu ölkəmizdə gördüklərindən danışıb: "Bakıya təzə gedərkən biz də qısa şalvarlarla küçədə gəzirdik. Amma bir dəfə yaşlı bir kişi bizə yaxınlaşıb dedi ki, başa düşürük, qonağımızsınız, amma bizim adət-ənənələrimizə hörmətlə yanaşmalısınız. Bundan başqa, əgər avtobusa qadın daxil olursa, sən ayağa qalxıb ona yer verməlisən. Bax buna deyərəm hörmət! Ümumiyyətlə, azərbaycanlılar çox inanclıdılar. Futbolçular paltardəyişmə otağında namaz qılardılar. Biz isə sadəcə, oturub onlara tamaşa edərdik".

Vaskov Bakıdakı həyatından da danışıb: "İstirahət etmək üçün dənizə, diskotekaya gedirdik. Yəni adi əyləncələr idi. Bakıdakı diskotekalarda azərbaycanlı qızlar çox az idi. İstər-istəməz müsəlmanlar belə şeylərə o qədər də yaxşı baxmırlar. Belə mərasimlərə adətən şəhərin qonaqları təşrif buyururdular. Bakının küçələrində heç bir qızla tanış ola bilməzdin. Bu baxımdan vəziyyət Belarusdakından çox fərqlidi".

25 yaşlı yarımmüdafiəçi AZAL-dakı maaşını açıqlamayıb: "20 yaşım olduğundan pulu düşünmürdüm. İlk növbədə oynamaq lazım idi. Amma belə, təcrübəli futbolçular aya 15 minə kimi qazanırdı. Biz isə daha az maaşa oynayırdıq".

Qeyd edək ki, Vaskov 2009/10 mövsümündə AZAL-da çıxış edib. 12 oyunda 664 dəqiqə forma şansı qazananr futbolçu ölkəmizdən ayrıldıqdan sonra Belarusun "Vitebsk", "DSK Qomel" və "Torpedo" (Jodino) klublarında top qovub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər