"Bakı Olimpiya stadionu klublara da xidmət etməlidi"

"Bakı Olimpiya stadionu klublara da xidmət etməlidi"

Azərbaycan milli komandası Bakı Olimpiya stadionunda ev oyunlarını keçirə bilər. Fanat.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

 

Onun sözlərinə görə, yığmamızın 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini tikilməkdə olan arenada qəbul etməsində problem yoxdu. Nazir təkcə millimizin deyil, klublarımızın da bu stadiondan yararlanmasının mümkünlüyünü vurğulayıb: "Niyə də yox? Klublarımız da ev oyunlarını o stadionda keçirə bilərlər. Bu, futbol meydanıdı. Təkcə yığmaya yox, klublara da xidmət etməlidi".

 

Qeyd edək ki, Bakı Olimpiya stadionunun 2015-ci ilin əvvəllərinədək istifadəyə verilməsi planlaşdırılır. Bu arenada ilk böyük tədbir gələn il iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi olacaq.

lent.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər