"Bakı böyük yarışa hazırdı"

"Bakı böyük yarışa hazırdı"
“5 günlük mübarizədən sonra hamı müəyyən qədər yorğundu. Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) adından hər bir komandaya, fəxri qonaqlara, iştirakçılara və mətbuat nümayəndələrinə dərin minnətdarlığımızı bildiririk”. Fanat.az xəbər verir ki, bu sözləri AzVİF-in vitse-prezidenti, “Tour d`Azerbaidjan-2014” veloyürüşünün Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışın yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O “Tour d`Azerbaidjan-2014”ün 5 mərhələsini dəyərləndirərək bildirib ki, yarış uğurla başa çatıb: “Veloyürüşü itkisiz, heç bir zədə olmadan başa vurduq. Bunun üçün köməyi olan hər bir şəxsə öz təşəkkürümü bildirirəm. Azərbaycanda bütün idman növlərinin inkişafı üçün hər bir şərait var və dövlət dəstəyi yüksəkdi”.
Federasiyanın vitse-prezidenti velosiped idman tariximizdə ilkə imza atdıqlarını da deyib. Onun sözlərinə görə, turun son mərhələsinin 1,5 saatının “Eurosport” kanalı vasitəsi ilə canlı göstərilməsi və bütün dünyanın bunu izləməsi birinci dəfə məhz “Tour d`Azerbaidjan-2014”də reallaşıb.
Sahib Ələkbərov ənənəvi yarışın ildən-ilə inkişaf edəcəyini və daha yaxşı keçirilməsi istiqamətində çalışacaqlarını vurğulayıb. O bildirib ki, Azərbaycanda artıq yeni gənc velosipedçi nəsli yetişməkdədi: “Bu yarışda Samir Cəbrayılov sübut etdi ki, Azərbaycanda velosiped idmanının gələcəyi parlaqdı”.
“Tour d`Azerbaidjan-2014”ün son mərhələsini Avropa Oyunlarına bir hazırlıq kimi qiymətləndirmək olar. Biz bunun şahidi olduq”. Avropa Velosiped İttifaqının vitse-prezidenti, Rusiya Velosiped İdmanı Federasiyası prezidentinin məsləhətçisi Aleksandr Qusyatnikov belə deyib.
5 mərhələdən ibarət veloyürüşü canlı izləyən qurum rəsmisi təşkilatçılıqdan razı qalıb. Qusyatnikov bildirib ki, Azərbaycan Velosiped İdmanı Federasiyası bununla 2015-ci ildə təşkil olunacaq ilk Avropa Oyunlarına hazır olduğunu bir daha nümayiş etdirib: “Əmin olduq ki, Bakı həmin böyük yarışa hazırdı. Avropa Velosiped İttifaqı Azərbaycandakı inkişafdan razıdı və hər dəstəyi verir. Azərbaycanda idmana ölkə başçısı tərəfindən də böyük dəstək var. Tikilmiş çoxsaylı idman kompleksləri buna əyani sübutdu. Cəmi 2 yaşı olan velotur gənc nəslin özünü sübut etməsi üçün əla bir şansdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər