"Azərbaycan yığması haqqında xoş sözlər demək olar. Onlar bizə xeyli problem yaratdı". Fanat.az xəbər verir ki, bu sözləri Bolqarıstan yığmasının üzvü İliyan Miçanski deyib.
Futbolçu millimizə 2:1 hesabı ilə qalib gəldikləri oynula bağlı danışıb: "Çətin və maraqlı görüş oldu. Belə bir səfərdən 3 xalla qayıtmaq bizi sevindirməyə bilməz. Düzdü, qələbə qazandıq, amma narazı qaldığımız məqamlar oldu. Məsələn, stadionun ot örtüyü çox pis vəziyyətdə idi. Yaxşı oyun göstərməyə imkan vermirdi. Tskilə uğurlu başladıq. İnanıram ki, davamını gətirəcəyik".
Miçanski Azərbaycanın da şanslarının olduğunu bildirib: "Azərbaycan yığmasının da şansları az deyil. Heç bir komanda onları hesabdan silə bilməz".
Fanat.az