"Azərbaycanlılar və serblər oxşardılar" - FOTOLAR

"Azərbaycanlılar və serblər oxşardılar" - FOTOLAR

"Lokomotiv"in serbiyalı voleybolçusu Aleksandra Çrençeviç özünü Bakı klubunda necə hiss etdiyindən, Super Liqanın səviyyəsindən danışıb və azərbaycanlılarla serbləri müqayisə edib.  

"Mən "Lokomotiv"də çox xoşbəxtəm və hər şeydən çox razıyam. Azərbaycan Super Liqası çox güclüdü, burada yüksək səviyyəli voleybolçular oynayır. “Lokomotiv” mövsümə uğurla başlayıb və biz indi klubun tarixini yazmağa çalışırıq.

Azərbaycanı daha yaxından tanıdıqca, Azərbaycan və serb xalqlarının nə qədər oxşar olduğunu anlayıram. Azərbaycanlıların mentaliteti mənə balkanların mentalitetini xatırladır. Bizim çox oxşar cəhətlərimiz var. Bu, mənim çox xoşuma gəlir. Biz bir-birimizi çox asan başa düşürük”.//Oxu.Az 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər