"Berti Foqtsdan sonra Azərbaycan millisinin başına keçmək üçün anlaşmışdım. Ancaq alman lobiisi araya girdi, Foqtsun müqaviləsini yenilədilər". Fanat.az xəbər verir ki, bu sözləri Yılmaz Vural deyib.
Ötən ilin sentyabrında Yılmaz Vuralın adı milli komandamızla yanaşı çəkilmişdi. Berti Foqtsun müqaviləsi sona yaxınlaşan bir vaxtda türk mütəxəssisin AFFA ilə danışıqlar apardığı deyilirdi. Lakin sonradan asossiasiya Foqtsla yeni müqavilə imzaladı.
Yılmaz Vural ölkə xaricində işləmək istədiyini bildirib: "Təbii ki, istəyirəm. Amma mənim istəməyimlə olmur. Ölkə xaricində işləmək üçün beynəlxalq arenada uğur qazanmalısan. Bu səbəbdən mən illərdi 3 böyüklərdən birini çalışdırmaq istədiyimi deyirəm. Mən böyük komandalarda çalışsam. Fatih Terim kimi UEFA Kubokunu qazanaram. O zaman "Milan"ın baş məşqçisi olmaq şansım da yaranar. Bunun üçün dediyim kimi beynəlxalq arenada uğur qazanmaq vacibdi. Liqadan düşmək təhlükəsi yaşayan klubu yuxarı qaldırmaqla olmur. Belədə ancaq Ərəb ölkələrindən, İrandan, Qətərdən təklif alırsan. Bunları da mən istəmirəm".
Fanat.az