"Bizim məqsədimiz məhz 2 qol vurmaq deyildi. Biz qələbə qazanmaq üçün yaxşı şanslar yaratmalı idik. Bunu da bacardıq". Fanat.az xəbər verir ki, bu sözləri millimizlə oyundan (2:1) sonra Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev deyib.
Rəqib çalışdırıcı millimizi yaxşı təhlil etdiyini bildirib: "Azərbaycanın oyununu yaxşı təhlil etmişdim. Yaxşı qol şansları qazandıq və istifadə etdik. Rəqibin bütün oyunlarına baxmışdım. Azərbaycanın zəif tərəflərini öz futbolçularıma demişdim. Buna görə də bir həftədi ki, təlim-məşq toplanışı keçirirdik".
Fanat.az