"Azərbaycanı məğlub etmək lazımdı"

"Azərbaycanı məğlub etmək lazımdı"
"Əgər qələbə seriyasının davam etməsini istəyiriksə, bizə Azərbaycanı məğlub etmək lazımdı". Fanat.az xəbər verir ki, bu sözləri İtaliya yığmasının sabiq müdafiəçisi Marko Materatsi deyib.
Hazırda Hindistanın "Çennaiyin" klubunda top qovan 41 mərkəz müdafifəçisi İtaliyanın millimizi udacağına əmindi: "Antonio Kontenin komandada gördüyü işlər xoşuma gəlir. Yığmamız indi daha aqressiv futbol sərgiləyir. Əminəm ki, Azərbaycan və Malta ilə oyunlarda 6 xal qazanacağıq".
Qeyd edək ki, Marko Materatsi 2001-2008-ci illərdə yığmada 41 oyun keçirib və 2 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər