Avstriyalı mütəxəssis Georq Zelhofer ölkəsinin Bundesliqasının vəziyyətindən narazıdı. Fanat.az xəbər verir ki, o, daxili çempionatlarını Azərbaycan Premyer Liqası ilə müqayisə edib.
Zelhofer fikirlərini bu cür səsləndirib: "Pul baxımından Avropanın əksər ölkələrindən geri qalırıq. Futbolçunun qarşısında Avstriya yoxsa Azərbaycan seçimini qoysaq, o, buranı seçməz. Çünki Azərbaycanda pul daha çoxdu. Yalnız "Red Bull" seçilir. Bax bu komandaya baxıb digər klublarımız da nümunə götürməlidi".
Fanat.az