"Hədəfimiz Azərbaycandan 3 xalla qayıtmaqdı". Fanat.az xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.
Çalışdırıcı oyunla bağlı fikirlərini bildirib: "Komandamızı Bakıda çətin oyun gözlədiyi şübhəsizdi. Başa düşürük ki, səfər oyunları istənilən komanda üçün asan olmur. Bizi orda asan gəzinti gözləmir. Məsələn, Bolqarıstan Bakıda çətinliklə qələbə qazandı - 2:1. Həm də onların yeni baş məşqçisi baxımından bizim üçün qeyri-müəyyənlik var. Düzdü, o, öncədən də məşqçi kimi bu komandada çalışırdı. Çox şey yeni baş məşqçinin komandasını meydana hansı taktika ilə çıxarmasından asılı olacaq. Bu, oyuna təsirsiz ötüşməyəcək".
Fanat.az