"Azərbaycana səviyyəli legionerlər gəlməlidi"

"Azərbaycana səviyyəli legionerlər gəlməlidi"

"Azərbaycana səviyyəli legionerlər gəlməlidi. Onlar nə qədər güclü olsalar, çempionatın da, futbolumuzun da, yerli futbolçuların da səviyyəsi yüksələr". Fanat.az xəbər verir ki, bu sözləri report.az-a açıqlamasında Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib. 

23 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında mübarizə aparan legionerlərin neçə faizinin səviyyəli olduğunu söyləməkdə çətinlik çəkib. O, "Qarabağ"ın qış transfer dövründə heyətinə heç bir futbolçu cəlb etməməsi ilə bağlı sualı isə belə cavablandırıb: "Transfer məsələləri klub rəhbərliyi və baş məşqçiyə aiddi. Bir futbolçu kimi deyə bilərəm ki, "Qarabağ"ın heyətində kifayət qədər səviyyəli yerli və əcnəbi oyunçu var. Komandamız yenə pis təsir bağışlamır. Amma bir yerli futbolçu kimi nəinki öz klubumuza, hətta ölkə futboluna səviyyəli legionerlərin gəlişinin əleyhinə deyiləm. Əksinə, bu, xeyirlidi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər