"Azərbaycana qızlara baxmağa gəlməmişəm"

"Azərbaycana qızlara baxmağa gəlməmişəm"
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
 
- "Qarabağ"a keçidin necə alındı?
- Mən Polşadan da transfer təklifi almışdım. Artıq müqavilə bağlamaq üzrəydim. Lakin elə həmin vaxt “Qarabağ”dan da təklif aldım. Açığı, ilk baxışdan təklif olunan şərtlərin təmin olunacağına inanmadım. Çünki Azərbaycan mənə tanış olmayan bir ölkə idi. Nəhayət razılaşdım və Bakıya getməyə qərar verdim. Seçimimdə də səhv etməmişəm. Biz baxımlı futbol oynayırıq. Çempionatda ən çox qol vuran və ən az qol buraxan ilk klub olduq. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla klub tarixində ilkə imza atdıq. “Zalsburq”la yaddaqalan matçlarımız oldu. “Tvente” qarşısında bizə heç kim şans tanımasa da, biz inandıq və mərhələ adladıq.
 
- “Qarabağ” Avropa Liqasında nəyə ümid edir?
- Biz İtaliyada və avrokuboklarda çempionluqlar yaşamış “İnter” kimi nəhəng kluba qarşı oynayacağıq. Bundan gözəl mükafat ola bilməz. İlk matçda “Sent-Etyen”lə bərabərə (0:0) qaldıq. Amma qələbə də qazana bilərdik. Buna baxmayaraq, məyus olmadıq. İndi həzz almaq üçün Milana getmək vaxtıdı. Yaxşı komanda olduğumuzu göstərmək istəyirik.
- Azərbaycanda yaşayış necədi?
- Bakı böyük şəhərdi. Xarici investorlar şəhərə investisya qoyur və neft, qaz resurslarından istifadə edir. Amma ölkənin digər şəhərləri inkişaf cəhətdən Bakıdan geridə qalır. Oradakı insanlar əsasən kənt təsərrüfatı ilə məşğul olur.
- Bakıda darıxırsan?
- Burada da dostlarım var. Artıq Bakıdakı həyata öyrəşmişəm. Amma hər gün də Sarayevaya gəlib, dostlarımı və ailəmi görmək istəyirəm.
- Azərbaycanın mətbəxi necədi? Ən çox nə yeyirsən?
- Yerli mətbəxin özünəməxsusluğu var və Türkiyədəkinə oxşayır. Burada Mersindəki kimiyəm, uyğunlaşmaqda heç bir problem yaşamadım. Onu da qeyd edim ki, Bakı beynəlxalq şəhərdi. Orada Fransa və İtaliya yeməkləri də tapmaq olur. Balkan yeməkləri hazırlayan bir yer də tanıyıram. Amma oradakı küftələr Sarayevadakı kimi yaxşı deyil. Mən daha çox faydalı və sağlam yeməklərə üstünlük verirəm.
- Bəs qızlar?
- Azərbaycana futbol oynamağa gəlmişəm, qızlara baxmağa yox. Onu da əlavə edim ki, mənim sevgilim var və başqalarına baxmaq istəmirəm. 
 
- Karyeran ərzində sənə daha çox kimlər dəstək olur?
- Bacım və Moyka. Açığı, həyatımda lazım olan hər şeyə sahibəm. Belə deyə bilərəm ki, orada yeni butsum və əlcəyim var və həmişə onlara qayğı göstərəcəyəm.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər