"Azərbaycana ikinci qolu vurmağa borclu idik"

"Azərbaycana ikinci qolu vurmağa borclu idik"
"Birinci hissədə səbrli oyun nümayiş etdirdik və güclü müdafiə olunmaqla, rəqibin qarşısını kəsməyə çalışdıq". Fanat.az xəbər verir ki, sözləri Avropa çempionatının seçmə mərhələsində millimizlə qarşılaşan Macarıstan U-19-nun baş məşqçisi İstvan Pisont deyib.
Rəqib çalışdırıcı 1:1 hesabı ilə başa çatan oyunla bağlı fikirlərini bildirib: "Düzdü, müdafiəmizdə elə də çatışmazlıqlar olmadı, amma daha bütöv olmalıydıq. Əvvəla, cinahları yaxşı qorumağa çalışdıq, amma bu cəhdimiz elə də effektli alınmadı. İkinci hissədə azərbaycanlılara qarşı daha cəsarətli oynadıq. Bundan yaxşı istifadə edib, ikinci qolu vurmalı idik. Amma təəssüf ki, öz qapımızdan qol buraxdıq. Çalışacağıq ki, növbəti matçda daha yaxşı iş görək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər