"Azərbaycana gəldiyimə görə peşman deyiləm"

"Azərbaycana gəldiyimə görə peşman deyiləm"
"Azərbaycana gəldiyimə görə qətiyyən peşman deyiləm. Burda oynamağı geriyə addım hesab etmirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin müdafiəçisi Pavol Farkaş deyib.
Ölkəsinin mətbuatına açıqlama verən slovakiyalı futbolçu Azərbaycan futbolunun inkişaf etdiyini bildirib: "Azərbaycan futbolunda inkişaf var. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki çıxışı buna əyani sübutdu. Klubların iqtisadi vəziyyəti də kifayət qədər yaxşıdı, hətta deyərdim ki, məni təəccübləndirdi. Mən bunu gözləmirdim".
Farkaş klubu ilə bağlı da məlumat verib: "Qəbələ" hazırda çempionatda dördüncü yerdə getsə də, şəraitinə görə Azərbaycanın ən yaxşı klublarından biridi. Bazamızda əla qazona malik yeddi meydança var. Biz futbolçulara yalnız məşq və oyunlara köklənmək qalır".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər