"Bizim əsas məqsədimiz qol buraxmamaq idi. Bunu bacarmadıq. Çox gözəl oyun göstərdik. Heyətimiz kasad idi. Müdafiədə oynatdığımız futbolçular yarımmüdafiəçilər idi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra Gürcüstanın “Çixura” klubunun baş məşqçisi Soso Priudze deyib.
Gürcü mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi"y? uduzmaqlarını oyunçu çatışmamazlığı ilə əlaqələndirib: “Xüsusi hər hansı bir taktika fikirləşməyin mənası yox idi. Əsas düşüncəmiz qol buraxmamaq idi. Bilirdik ki, qapımızda top görsək, bizə çətin olacaq. Belə də oldu. Amma düşünürəm ki, azarkeşlərə yaxşı oyun göstərə bildik”.
Gürcü mütəxəssis Azərbaycan klublarının maliyyə cəhətdən daha güclü olduğunu və buna görə daha yaxşı oyunçularla gücləndiyindən danışıb: “Azərbaycan klublarının maliyyə cəhətdən imkanları daha genişdi. Daha yaxşı futbolçular alırlar və heyətlərini gücləndirirlər. Biz, oyunumuzu Azərbaycan yönündə yox, Türkiyə yönündə inkişaf etdirmək istərdik".
Fanat.az