"Azərbaycan yığması sadəlövh komanda deyil"

"Azərbaycan yığması sadəlövh komanda deyil"

"Azərbaycanla oyuna hazır olmalıyıq. Çünki Portuqaliya ilə matçda hansı futbolçunun hədəflərimizə uyğun olduğunu müəyyən etmək üçün kifayət qədər vaxtımız oldu. Bu mənada Azərbaycanla görüş bizim ciddi sınaq olacaq". Fanat.az xəbər verir ki, bu sözləri Serbiya millisinin baş məşqçisi Radovan Çurçiç deyib.

Serbiya və Azərbaycan yığmaları iyunun 7-də Avstriyada yoxlama oyunu keçirəcək. Rəqibin baş məşqçisi Serbiya mətbuatına matçla bağlı danışıb: "Azərbaycanın baş məşqçisi Robert Prosineçki orada yeniliklər edib. Rəqib yığması sadəlövh komanda deyil. Bu matçı yüksək əhval-ruhiyyədə keçirmək və Danimarka ilə matça yaxşı hazırlaşmaq istəyirik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər