Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç Azərbaycan üzərində 6:0 hesablı qələbə ilə bağlı fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, təcrübəli futbolçu gördükləri işdən məmnunluğunu gizlətməyib.
UEFA-nın rəsmi saytına danışan Rakitiç oyun haqda belə danışıb: "Azərbaycan təhlükəli rəqib olmağı bacardığını nümayiş etdirdi. Lakin biz öz işimizi əla gördük. Məqsədimizə addım-addım yaxınlaşmalıyıq. Bu gün yaxşı oynamalı idik, lakin qarşıda hələ uzun yolumuz var. Uğurlu start bizi sevindirir, ancaq bu tempi qorumalıyıq. Konsentrasiyanı itirmək olmaz. Buna nial ola bilsək, əminəm ki, sonluq yaxşı olacaq".
Fanat.az