"90 dəqiqə üstün olduq. Daim rəqibə təzyiq etdik. Layiqli qələbə qazandıq. Azərbaycan bizim tempimizə tab gətirmədi. Böyük hesablı qələbə gözləmirdik". Fanat.az xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının üzvü Vedran Çorluka deyib.
Müdafiəçi millimiz üzərində qələbəni şərh edib: "Belə oyunlarda və daim müdafiə olunan komanda ilə matçda mütləq erkən qol vurmaq lazım idi. Biz də bunu bacardıq. Göründüyü kimi Xorvatiya qrupun favoritidi. Azərbaycan millisi isə sadəcə müdafiə olunurdu. Amma rəqibin İtaliyadakı kimi müdafiə olunmağa gücü çatmadı".
Fanat.az