Futzal üzrə Danimarka yığmasının baş məşqçisi Nikolay Kleyn Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Fanat.az xəbər verir ki, baş məşqçi 2:11 hesablı məğlubiyyətlə bağlı danışıb:
"Bu gün çox güclü komandaya qarşı oynadıq. Amma rəqib nə qədər güclü olsa da, qapımızda 11 qol görməli deyildik. Birinci hissədə yaxşı oynadıq. Lakin son 10 dəqiqədə Azərbaycan yığması üstünlüyə tam yiyələnərək, ardıcıl qollar vurdu. Həm Ukrayna, həm də Azərbaycan millisi güclü komandadı. Bu cür rəqiblərlə qarşılaşmaq bizim üçün yaxşı təcrübə oldu”.
Fanat.az