"Qarşımızda böyük məsuliyyət tələb edən oyun var. Son iki oyunumuz qalıb. Bu görüşlərdə yaxşı oynamaq istəyirik. Evə yaxşı nəticə ilə qayıtmaq arzusundayıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib.
Yarımmüdafiəçi "Sent-Etyen"lə oyunla bağlı fikirlərini bildirib: "Fransızlarla oyunumuz heç də asan olmayacaq. Yaxşı nəticə qazanmağa çalışacağıq. Öz işimizi görməliyik. Azərbaycan futbolunun imici xatirinə oynayacağıq. Belə bir stadionda oynamaq futbolçu kimi mənim üçün çox xoşdu. Sabahkı oyunda görəcəyimiz atmosferin Tofiq Bəhramovdakı kimi olacağını düşünürəm".
Fanat.az