"Azərbaycan çempionatından Rumıniya yığmasına dəvət almaq çox çətindi. Amma əminəm ki, bir neçə il sonra bu, real olacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın müdafiəçisi Manuel Skarlatake deyib.
Rumın futbolçu yığmaya çağırılmaq perspektivini şərh edib. O, Rumıniya mətbuatına açıqlamasında Azərbaycan futbolunun işkiaf etdiyini bildirib: "Son illər burada futbolun səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlib. Futbola çoxlu pul yatırımları var. Fikrimcə, Azərbaycan birinciliyi qarşıdakı illərdə Rumıniya çempionatını da qabaqlayacaq".
Fanat.az