"AZAL-ın cəzalandırılmasına nail olmalıyıq” - Roman Qriqorçuk

"AZAL-ın cəzalandırılmasına nail olmalıyıq” - Roman Qriqorçuk

Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan AZAL - “Qəbələ” oyunundan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Hesabdan başqa, nədən narazı qaldınız?

- Yaxşı nəticə əldə etmək üçün qol lazım idi. Ələ düşən şasnlarımızı isə reallaşdıra bilmədik.

 

- Rəqib baş məşqçi ilə aranızda nə baş verdi?

- Onunla bağlı heç nə olmadı. Etirazım rəqibin futbolçunun Ozobiçə qarşı kobudluğuna idi. Hadisə düz qarşısında baş versə də, 4-cü hakim buna reaksiya vermədi. Halbuki, qırmızı vərəqə lazım idi. Bu məslənin üzərinə düşüb, rəqibin cəzalandırılmasına nail olmalıyıq.(apasport.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər