"Ayaks"ın sabiq qapıçısı Azərbaycanda?

"Ayaks"ın sabiq qapıçısı Azərbaycanda?

Hollandiyanın "Roda" klubunun qapıçısı Bram Verbist karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Hollandiya mətbuatı məlumat yayıb.

Qolkiper klublarımızdan birindən təklif alıb. Onunla Hindistan Super Liqasında çıxış edən klublarından da maraqlananlar var.

Qeyd edək ki, Bram Verbist yayda "Roda"ya keçib. O, 1-ci liqa klubunda 11 oyun keçirib və 990 dəqiqə oynayıb. 31 yaşlı belçikalı qapıçı əvvəllər vətənində "Jerminal", "Tienen", "Eendraxt", "Serkl Brügge", Hollandiyada "Ayaks" (2-ci komanda) və Danimarkada "Bröndbü" klublarının formasını geyinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər