"Ayaks" və "Tvente"nin sabiq üzvü Azərbaycandan təklif alıb

"Ayaks" və "Tvente"nin sabiq üzvü Azərbaycandan təklif alıb

Rusiya yığmasının sabiq hücumçusu Dmitri Bulıkin Azərbaycandan təklif olub. Fanat.az xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlamasında bildirib.

"Ərəb Əmirlikləri, həm Qətər və Azərbaycandan təklif var idi. Amma mən belə qərara gəldim ki, karyeramı ya Rusiyada, ya da Avropa ölkələrindən birində davam etdirəcəyəm. Fikrimcə, karyeramı başa vura biləcəyim yaxşı bir klubla razılıq əldə edə biləcəyəm". 

Qeyd edək ki, Dmitri Bulıkinin son iş yeri Nijni Novqorod "Volqa"sı olub. O, əvvəllər Rusiyanın "Lokomotiv" (Moskva), "Dinamo" (Moskva), Almaniyanın "Bayer", "Fortuna", Belçikanın "Anderleхt", Hollandiyanın "Den Haaq", "Ayaks" və "Tvente" klublarında çıхış edib. 35 yaşlı hücumçu Rusiya yığmasında 15 oyun keçirib və 7 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər