"Ayaks" şokda - PSV çempion!

"Ayaks" şokda - PSV çempion!

Hollandiya Erediviziyasında 2014/15 mövsümünə yekun vurulub. Fanat.az xəbər verir ki, çempionun adına son turda aydınlıq gəlib.

Lider "Ayaks" son turda "De Qraafşap"ın qonağı olub və 1:1 hesablı heç-heçəyə razılaşıb. PSV isə səfərdə "Zvolle"ni 3:1 hesabı ilə yenib. Nəticədə Eyndhoven və Amsterdam təmsilçiləri arasında 2 xallıq fərq yaranıb. Bununla da PSV ardıcıl 2-ci, ümumilikdə 23-cü çempionluğunu bayram edib. 

Mövsümün yekunlarına əsasən PSV Çempionlar Liqasının qrup, "Ayaks" III təsnifat mərhələsinə vəsiqə qazanıb. 3-cü pillənin sahibi və kubokun qalibi "Feyenoord" Avropa Liqasının qrup mərhələsinə, 4-cü yeri tutan "Alkmaar" III təsnifat mərhələsinə bilet əldə edib. Avropanın ikinci dərəcəli klub turnirinə son vəsiqənin taleyinə "pley-off" mərhələsində aydınlıq gələcək. Bu mərhələdə 5-8-ci yerləri tutan komandalar - "Utrext", "Herakles", "Qroningen" və "Zvolle" mübarizə aparacaq.

Son pillənin sahibi "Dordrext" birbaşa aşağı liqaya yuvarlanıb, 1-ci divizionun çempionu "Sparta" güclülər dəstəsinə yüksəlib. 16-17-ci pillələri tutan "Breda" və "Go Ahead Eagles" isə aşağı liqa təmsilçiləri ilə "pley-off"da qüvvəsini sınayacaq.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər