"Atletiko" və "Liverpul" eyni futbolçuya elçi düşüb. Fanat.az xəbər verir ki, İspaniya və İngiltərə klubları "Monako"nun futbolçusu Tomas Lemarı transfer etmək istəyir.
Artıq Fransa klubu gənc ulduzunun qiymətini də müəyyənləşdirib. Lemarı heyətinə qatmaq istəyən ən azı 10 milyon funt-sterlinqdən keçməlidi.
Qeyd edək ki, Tomas Lemar 2015-ci ildə "Kan"dan "Monako"ya 4 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 7,5 milyon avro qiymət qoyub. 20 yaşlı yarımmüdafiəçi cari mövsümdə "Monako"nun heyətində 34 rəsmi oyuna çıxıb və 5 qol vurub.
Fanat.az