"Atletiko Madrid"dən Falkaoya: "Gedə bilərsən"

"Atletiko Madrid"dən Falkaoya: "Gedə bilərsən"
İspaniyanın "Atletiko Madrid" klubu ulduz futbolçu Radamel Falkaonun başqa kluba keçməsinə icazə verdiyini bildirib.

İdman24.az-ın məlumatına görə, klubun baş meneceri Migel Anxel Gil Falkaonun qalması üçün israr etməyəcəklərini deyib. Klubla bağlı açıqlamalar verən Gil, "Falkao ilə danışdıq. Əgər Çempionlar Liqasına qatılsaq, Falkaonun verəcəyi bütün qərarlara hörmət edəcəyimizə söz verdik" deyib. 2011-2012 mövsümündə "Porto"dan 40 milyon avroya transfer olnunan kolumbiyalı ulduz 2 mövsümdə çıxdığı 90 oyunda 70 qol vuraraq, "Mançester Siti", "Monako", "Çelsi" və digər Avropa nəhənglərinin diqqət mərkəzinə düşmüşdü. İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər