"Atletiko" Hindistanda klub alıb. Fanat.az xəbər verir ki, La Liqa təmsilçisi ötən il yaradılan və bu ilin sentyabr ayında start götürəcək Hindistan çempionatında çıxış edəcək Kolkata klubuna sahib çıxıb.
İspanların satın aldığı klubu "Atletiko Madrid Kolkata" adlanacaq və 8 komandanın çıxış edəcəyi çempionatda mübarizə aparacaq. Yeni başlayacaq Hindistan çempionatında çıxış edəcək hər klubun heyətində 22 futbolçu olacaq və onlardan 10-nun əcnəbi olmasına icazə veriləcək. Yerdə qalan 12 futbolçunun 4-ü klubun təmsil etdiyi əyalətdən, qalanlarının isə Hindistanın digər ərazilərindən olmalıdı.
Fanat.az