AFFA "İnkişaf Strategiyası"nı açıqlayıb.
Fanat.Az xəbər verir ki, strategiyanın əsas hədəfləri bəlli olub.
Onları təqdim edirik:
• Kişilərdən ibarət A milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət A milli komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindəndir • UEFA-nın klub reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40- yə daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub • Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması • Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyini təmin etmək • Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq