"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola qarşıdakı "Çelsi" matçından çox, "Nyukasl"la oyunu düşündüklərini bildirib.
Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, Quardiola London klubu ilə oynanılacaq görüş ərəfəsində qeyd edib:
"Nyukasl"la matçımızı düşündüyümüzü danmaq olmaz. "Çelsi" ilə oyun da prestijlidi, amma "Nyukasl" qarşılaşması finala bənzəyir.
"Çelsi" ilə görüşdəki heyətimiz futbolçuların fiziki vəziyyətindən asılı olacaq. Təkcə "zadəganlar"la oyunu yox, həm də sonranı, bir sözlə, gələcəyimizi düşünürük".
"Çelsi" - "Mançester Siti" matçı bu gün keçiriləcək. "Şəhərlilər" xal itirəcəyi təqdirdə, "Liverpul" çempionluğunu elan edəcək. İyunun 28-də isə Quardiolanın yetirmələri İngiltərə FA Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Nyukasl"la qarşılaşacaqlar.
Fanat.Az