19 yaşadək qızlardan ibarət millilər arasında Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda II tura start verilib. Fanat.az. xəbər verir ki, ilk olaraq “Bayıl Arena”da Kipr və Ukrayna yığmaları üz-üzə gəliblər.
Görüş Ukraynanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Daha sonra millimiz Danimarka ilə görüşüb. İlk oyunda Ukraynaya 0:1 hesabı ilə məğlub olan Patrisiya Qonsalesin yetirmələri bu dəfə də skandinaviyalı qızları sevindirib. 3:0 hesabı ilə yenilən yığmamız növbəti mərhələyə yüksəlmək şanslarını itirib.
Fanat.az