Qələbə qolunun müəllifi: "Azərbaycan topa daha yaxşı nəzarət edirdi"

Qələbə qolunun müəllifi: "Azərbaycan topa daha yaxşı nəzarət edirdi"

Dünən milli komandamızla yoxlama oyununda (2:1) qələbə topunun müəllifi olmuş Donetsk "Şaxtyor"unun müdafiəçisi İsmaili qarşılaşmayla bağlı klub saytına fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, Ukrayna təmsilçisinin müdafiəçisi Türkiyə toplanışı çərçivəsində keçirdikləri oyunlar arasında ən ağırının Robert Prosineçkinin yetirmələrinə qarşı olduğunu etiraf edib.

O, fərqləndiyi epizoda dair də fikirlərini bölüşüb: "Əlbəttə, ampluamı nəzərə alaraq, daha çox müdafiəyə diqqət yetirməliyəm. Ancaq rəqib qapısına həmlələr etməyi də xoşlayıram. Elə buna görə də bu gün Taysonun ötürməsindən sonra fərqlənməyi bacardım. Bu cür kombinasiyalara alışmışıq, ona də görə də komanda yoldaşımdan ötürmə alacağımı bilirdim. Bu toplanış çərçivəsində keçirdiyimiz 4 oyunun hər biri çətin idi. Ancaq Azərbaycan yığması topa daha yaxşı nəzarət edir, daha aqressiv futbol oynayırdı. Bizə müəyyən problemlər yaratmağı bacardılar".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər