"Qəbələ"nin rəqibi iki İstanbul nəhənginə qarşı

"Qəbələ"nin rəqibi iki İstanbul nəhənginə qarşı

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Macarıstanın "Fehervar" klubu hazırlıq çərçivəsində daha iki yoxlama oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, macarlar iyulun 6-da, Bakı vaxtı ilə saat 20:30-da "Fənərbağça" ilə üz-üzə gələcəklər.

4 gün sonra "Neftçi"nin KL-dəki rəqibi - Kipr "Aris"i ilə gücünü sınayacaq "Fehervar" iyulun 13-də daha bir Türkiyə nəhəngi "Qalatasaray"a qarşı mübarizə aparacaq. 

"Fehervar" "Qəbələ"yə qarşı ilk oyununu iyulun 21-də, öz meydanında keçirəcək. Cavab qarşılaşması isə iyulun 28-də, Qəbələ şəhər stadionunda baş tutacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər