"Qəbələ"nin KL-də keçirəcəyi oyunlarının təqvimi açıqlandı

"Qəbələ"nin KL-də keçirəcəyi oyunlarının təqvimi açıqlandı

"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubuna qarşı keçirəcəyi oyunlarının təqvimi açıqlanıb.

Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" ilk görüşü iyulun 21-də səfərdə keçirəcək. "MOL Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab matçı isə iyulun 28-də Qəbələ şəhər stadionunda olacaq. Həmin görüşün başlama saatı isə hələlik bəlli deyil.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər