"Qəbələ"dən "Qarabağ"a jest

"Qəbələ"dən "Qarabağ"a jest

"Qəbələ" avrokubokda tarix yazan "Qarabağ"a təbrik ünvanlayıb.

Fanat.Az xəbər verir ki, bölgə klubu sosial şəbəkədə səhifəsində paylaşım edərək UEFA Konfrans Liqasında qrup mərhələsini adlayan Ağdam klubunun uğuruna biganə qalmayıb. 

Təbrik paylaşımda deyilir: "Qarabağ" FK-nı Azərbaycan tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsini adlaması münasibətilə təbrik edir, növbəti oyunlarında uğurlar arzulayır!"

"Qəbələ"dən "Qarabağ"a jest

Qeyd edək ki, Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gələn və son 2 oyunun nəticəsindən asılı olmayaraq, ilk iki pillədən birini tutacağı dəqiqləşən Ağdam təmsilçisi hazırda 10 xalla H qrupunun lideridir. Beləliklə, “Qarabağ” avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər