UEFA Regionlar Kubokunda çıxış edən "Çağırğan" klubu son oyununu keçirib. Fanat.az xəbər verir ki, həvəskarlar arasında Azərbaycan çempionu İsveçin "Vasterqetland" klubu ilə qarşılaşıb
Oyun isveçlilərin 8:4 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində Bəxtiyar Məsiməliyev və Afiq Yusifov dubl edib. Azərbaycan çempionunun qapısına qapıçı da qol vurub. Belə ki, 90-cı dəqiqədə rəqibin qapıçısı Arvid Sterner penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, "Çağırğan" bundan əvvəl Xorvatiyanın "Zaqreb" klubuna 1:7, Latviyanın "RTU Futbola Centrs" komandasına 0:1 hesabı ilə yenilmişdi.
Regionlar Kuboku
24 oktyabr
Vasterqetland (İsveç) - Çağırğan (Azərbaycan) 8:4
Qollar: İba Ramis, 31. Andreas Şmidt, 35-pen. Kenan Busulaciç, 37. Mohamed Abdu, 41; 57. Conatan Hellden, 56. Stefan Emanuelsson, 59. Arvid Sterner, 90-pen - Bəxtiyar Məsiməliyev, 21; 78. Afiq Yusifov, 24; 44.
Vasterqetland: Arvid Sterner, Stefan Emanuelsson, Conatan Hellden, Andreas Şmidt, Kenan Mehoviç (Mikael Danielsson, 62), Tobias Danielsson, Kenan Busulaciç, İba Ramis, Vedat Mehmeti, Oskar Andersson, Mohamed Abdu (Qzim Sulay, 62).
Ehtiyat oyunçular: Erik Nilander.
Baş məşqçi: Raimo Kakela.
Çağırğan: Anar Məmmədov (Musa Musazadə, 62), Elvin İbrahimov, Abdul Talıblı (Raqif Cəfərov, 75), Elvin Bayramov, Tofiq Aslanov (Ramil Abbasov, 46), Ceyhun Həsənov, Rasif Safiyarov, Bəxtiyar Məsiməliyev, Vasif Nəsirov, Şirin Şirinov, Afiq Yusifov.
Ehtiyat oyunçular: Mirxas Ağayev, Bəhruz Şirinov, Vəfadar Şirinov.
Baş məşqçi: Elburus Beybudov.
Sarı vərəqələr: Abdul Talıblı, 14. Ceyhun Həsənov, 85. Afiq Yusifov, 89. Bəxtiyar Məsiməliyev, 90+2 - Mohamed Abdu, 41. Stefan Emanuelsson, 90+3.
Qırmızı vərəqə: Elvin İbrahimov, 34.
Hakimlər: Conni Qasanova (San Marino), Françesko Lunardon (İtaliya), Boyan Zobenitsa (Xorvatiya), İvan Vuçkoviç (Xorvatiya).
Fanat.az