“Qalib gəlməmək olmazdı” - Roman Qriqorçuk

“Qalib gəlməmək olmazdı” - Roman Qriqorçuk
“İstənilən nəticə ilə bitən oyundan sonra olduğu kimi bu dəfə də futbolçularımın əlini sıxdım. Onlar öz işlərini görüb, çalışqanlıq nümayiş etdirdilər”. Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Topaz Premyer Liqasının XXIII turunda öz meydanında “Xəzər Lənkəran”la qolsuz bərabərliyə razılaşan “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı qarşılaşma haqqında fikirlərini bölüşüb: “Təəssüf ki, qol vurmağımız alınmadı. Nəticədə 2 xal itirdik. Buna görə heç kimə iradımı bildirmirəm. Futbolçularıma da dedim ki, başınızı dik tutun.
 
Bu matç həmin oyunlardan biri idi ki, qalib gəlməmək olmazdı. İndi bu uğursuzluğu yaşayıb, yolumuza davam etməliyik. Rəqib komanda çox çalışdı. Buna baxmayaraq, bizim qol imkanlarımız oldu. Lakin imkanlardan istifadə edə bilmədik.
 
Qarşılaşmanın gedişində oyunun axarını dəyişmək üçün mümkün olan hər addımı atdıq. Asif Məmmədovu da, Rikardinyonu da meydana buraxdıq. Matç sona yaxınlaşdıqca təzyiqi artırırdıq və bu üzdən yorğunluqdan danışmazdım.
 
Demək olar ki, əlimizdə olan 3 xalı qazana bilmədiyimizə məyusam. Hər oyunda qalib gəlib, xal hesabımızı artırmalıyıq. “Xəzər Lənkəran”la oyunda bunu bacarmadıq. Hərçənd qələbəyə çox yaxın idik”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər