Misir millisinin hücumçusu Mustafa Məhhəmməd cari mövsümün sonunda "Qalatasaray"la vidalaşacaq.
Fanat.Az "NTV Spor"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu karyerasını Fransada davam etdirmək istəyir.
Bir yox, bir neçə Fransa təmsilçisindən təklif alan forvard Türkiyədən getməkdə maraqlıdır. "Sarı-qırmızılar" futbolçusunu azı 10 milyon avroya satmaq niyyətindədir.
Mustafa "Qalatasaray"a 2020-ci ilin yanvarında ölkəsinin "Zəmələk" klubundan keçib.
Nihat