Hollandiyalı veteran futbolçu Marko de Yonq Azərbaycana gəlib. Fanat.az-ın əldə etdiyi məlumata görə, onun səfəri işgüzar хarakter daşıyır.
Belə ki, Hollandiyada Marko de Yonqun futbol akademiyası fəaliyyət göstərir. O, "De Yonq Akademiya"sı adlanan futbol məktəbinin Azərbaycanda şöbəsini açmaq istəyir. Veteran futbolçu da Bakıya məhz bu məqsədlə gəlib. De Yonqun bu gün Bakıda görüşlər keçirməsi gözlənilir.
Artıq "De Yonq Akademiya"sının rəsmi saytında "Project Azerbeidzjan" adlı bölmə açılıb. Bölmədə "Əlincə" futbol klubunun bazasından fotolar yerlişdirib. Bu isə akademiyanın "Əlincə"nin bazasında yaradılacağını deməyə əsas verir.
Qeyd edək ki, De Yonq futbolçu karyerasına PSV-də başlayıb. Daha sonra o, Hollandiyanın "Neymengem", "Oss", "Viktoriya" və İngiltərənin "Kembric" klublarında top qovub. 44 yaşlı veteran futbolçu Hollandiyanın U-19 millsində də forma geyinib.


Fanat.az