"İnter"in düşərgəsinə yeni futbolçu qoşulub. Fanat.az xəbər verir ki, hazırda Türkiyənin İzmit şəhəri yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışında olan kluba Yelle de Bok adlı futbolçu qoşulub.
Belçikalı mərkəz müdafiəçisi baxışa gəlib. Baş məşqçi Kaxaber Tsxadadze onunla bağlı qərarını sınaqdan keçirdikdən sonra verəcək. Brüs Abdulaye komandanı tərk etdiyindən "İnter" mərkəz müdafiəçisi axtarışındadı.
Qeyd edək ki, Bokun son iş yeri Hollandiyanın "Den Boş" klubu olub. O, 2012-ci ildən çıxış etdiyi klubda 39 oyun keçirib və 2 qol vurub. 25 yaşlı müdafiəçi karyerasına PSV-də başlayıb. Lakin bu klubun əsas heyətində debüt edə bilməyib. 2006-2009-cu illərdə onu Belçikanın "Red Star Vaasland" (2006/07, 15 oyun), Hollandiyanın "Eyndhoven" (2007/08, 21 oyun) və "Helmond" (2008/09, 17 oyun, 1 qol) klublarına icarəyə verib. Bok 2009-2012-ci illərdə "Eyndhoven"in formasını geyinib (48 oyun, 2 qol).
Müdafiəçi 2003-2011-ci illərdə Belçikanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. Belə ki, o, U-16 (2003-2004, 13 oyun), U-17 (2004-2005, 8 oyun, 1 qol), U-18 (2005-2006, 12 oyun), U-19 (2006, 7 oyun) və U-21 (2011, 5 oyun) yığmalarının şərəfini qoruyub.
Fanat.az