"PSJ pul xərcləməkdə çempion ola bilər" - La Liqanın prezidenti

"PSJ pul xərcləməkdə çempion ola bilər" - La Liqanın prezidenti

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas Fransa PSJ-sinin rəhbərliyinin transfer siyasətini tənqid edib. 

Fanat.Az xəbər verir ki, "Sport.es" qurumun başçısının dediklərini belə çatdırıb: 

“Mən bilirəm ki, PSJ 605 milyon avro itirib. Maddi məhdudiyyətlər olmasaydı, parislilər daha çox itirərdilər. Bu klub ancaq pul xərcləməkdə çempion ola bilər”.

Fransa çempionatının bu mövsümündə PSJ 15 xal toplayıb və lider "Monako"dan 2 xal geri qalaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Luis Enrikenin komandası növbəti oyununu oktyabrın 21-də "Strasburq"a qarşı keçirəcək.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər