PSJ-nin oyunçusu Fransadan getməyə qərar verdi - "Pis adam kimi ilə yanaşırlar"

PSJ-nin oyunçusu Fransadan getməyə qərar verdi - "Pis adam kimi ilə yanaşırlar"

PSJ-nin müdafiəçisi Layvin Kurzava karyerasını başqa çempionatda davam etdirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü "Carre" nəşrinə müsahibəsində bildirib:

“Bir çox Fransa klubları mənə müraciət etdilər, amma mən burada oynamamaq qərarına gəlmişəm. Burada insanların yanlış təsəvvürləri var. Məsələn, döymələri olana pis adam obrazı ilə yanaşırlar". 

Kurzava 2015-ci ildən PSJ-nin oyunçusudur. Ötən mövsüm o, cəmi bir oyunda iştirak edib. 31 yaşlı futbolçunun Paris klubu ilə müqaviləsi bu yay başa çatır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər