"Barselona" PSJ-nin futbolçusu Adrian Rabyonu heyətinə qatacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Məlumata görə, futbolçu ispan klubuna keçməyə razılıq verib.
23 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisinin nümayəndələri ilə danışığı müsbət yekunlaşıb.
Qeyd edək ki, Rabyo 2012-ci ildən PSJ-də çıxış edir. O, komanda ilə birlikdə 4 dəfə ölkə çempionatının qalibi olub. Yarımmüdafiəçinin Paris təmsilçisi ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.
Fanat.Az