PSJ rəhbərliyi Presnel Kimpembe ilə maraqlanan "Çelsi"ylə danışıqlara başlayıb.
Fanat.Az "The Independent"ə istinadən xəbər verir ki, Paris klubu 26 yaşlı müdafiəçiyə görə qarşı tərəfə 50 milyon avro transfer məbləği və daha 10 milyon avro bonus istədiklərini bildiriblər.
London klubu isə onu 20 milyon avrodan ucuz qiymətə almağa çalışır. Göründüyü kimi, danışıqların startında tələb və istək arasında 2 dəfədən çox fərq var. Bununla belə, klublar ortaq məxrəcə gələ biləcəklərinə inanırlar.
Qeyd edək ki, Kimpembenin Paris nəhəngi ilə hazırkı müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.
Mirağa