"Çelsi"nin futbolçusu Nqolo Kante bu yay klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb.
Xəbərə görə, 30 yaşlı fransız yarımmüdafiəçi PSJ-nın maraq dairəsinə düşüb. Paris təmsilçisi yay transfer pəncərəsi dönəmində onu heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Nqolo Kante 2016-cı ildən "Çelsi"də çıxış edir. 160 oyunda meydana çıxan futbolçu 10 qola imza atıb.
Röya