PSJ-dən La Liqa klubuna getdi

PSJ-dən La Liqa klubuna getdi

İspaniyanın "Betis” klubu heyətinə yeni futbolçu qatıb.

Fanat.Az xəbər verir ki, La Liqa klubu PSJ-nin yarımmüdafiəçisi Covani Lo Çelsonu transfer edib.

 

 

İnformasiyanı klubun rəsmi saytı yayıb. İspaniya təmsilçisi 2 illik icarəyə götürdüyü 22 yaşlı argentinalı üçün PSJ-yə 2 milyon avro ödəyəcək.

 

 

Lo Çelso 2016-cı ildə ölkəsinin "Rosario Sentral” klubundan Paris təmsilçisinə keçib. Argentina yığmasının da üzvü olan Covani PSJ-də 36 oyun keçirib, 4 qol vurub.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər