PSJ-dən antirekord - Fransada heç kim bu duruma düşməmişdi

PSJ-dən antirekord - Fransada heç kim bu duruma düşməmişdi

PSJ Fransa çempionatının 14-cü turu çərçivəsində səfərdə “Oser”lə heç-heçə edib. 

Fanat.Az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan qarşılaşma parislilər üçün antirekordla yadda qalıb. 

"Squawka"-nın hesablamasına görə, PSJ futbolçuları "Oser"in qapısına 11 zərbə vursalar da, fərqlənə bilməyiblər. Bu, isə Liqa 1-də 2006-cı ildən (statistik məlumatların toplanmasının başlanğıcı) ilk dəfədir ki, bir komanda hədəfə bu qədər çox zərbə endirsə də, fərqlənə bilmir.

Hazırda Fransa çempionatının turnir cədvəlinə 14 turdan sonra 34 xalla PSJ başçılıq edir. Parislilər növbəti oyununu dekabrın 11-nə keçən gecə Çempionlar Liqası çərçivəsində səfərdə "Zalsburq"a qarşı keçirəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər