PSJ Bundesliqada oynayan 3 fransalını istəyir - ADLAR

PSJ Bundesliqada oynayan 3 fransalını istəyir - ADLAR

PSJ Almaniya Bundesliqasında çıxış edən  3 fransalı futbolçunu sıralarına cəlb etməkdə maraqlıdır.

Fanat.Az xəbər verir ki, informasiyanı "L'Equipe" yayıb.

Xəbərə görə, Paris təmsilçisi Mönhenqladbax "Borussiya"sından Markus Türam və Manu Koneni, Frankfurt "Ayntraxt"ından isə Randal Kolo Muanini heyətinə qatmaqda israrlıdır.

Cari mövsümün sonunda "Borussiya"dan azad agent qismində ayrılacağı dəqiqləşən Türamın Fransa nəhənginə havayı qismət olacağı vurğulanıbsa, Konenin PSJ-yə təqribən 25-35, Kolo Muaninin isə 80-100 milyon avroya alına biləcəyi diqqətə çatdırılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər