Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub. Fanat.az xəbər verir ki, dövlət başçısı cəmiyyət sədrinin radio üzrə müavini Cavanşir Cahangirovu və sədrin televiziya üzrə müavini Faiq Hüsiyevi vəzifələrindən azad edib.
Prezidentin digər sərəncamı ilə Elsevər Dünyamalıyev cəmiyyət sədrinin radio məsələləri üzrə, Rəşad Nəsirov isə televiziya məsələləri üzrə müavini təyin olunub.
Fanat.az